“Azərsu”: "Binəqədi və Abşeronda suyun verilişində məhdudiyyətlər aradan qaldırılacaq"

SOSİAL 08 okt 2019, 15:16

"Azərsu" ASC gün ərzində Binəqədi və Abşeron rayonlarının bir hissəsində suyun verilişində yaradılmış məhdudiyyətləri aradan qaldıracaq”.

 

Bunu  açıqlamasında qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.

 

O vurğulayıb ki, “Azərsu” ASC tərəfindən Ceyranbatan qəsəbəsində yeni çəkilmiş su borusunun magistral xəttə birləşdirilməsi istiqamətində iş aparılıb və borularda olan su boşaldılıb: “Bununla yanaşı təmir-bərpa işləri ilə əlaqədar olaraq Binəqədi və Abşeron rayonlarının bir hissəsində suyun verilişi dayandırılıb. Lakin artıq təmir-bərpa işləri yekunlaşıb və yaxın saatlarda suyun verilişi bərpa ediləcək”. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top