Vyetnamın Long An əyalətindən olan 49 yaşlı dərzi Nguyen Nqoc My Kim 30 ildir heç yatmadığını iddia edib.
Demokrat.az xəbər verir ki, Kim uşaqlıqda gec saatlara qədər kitab oxuma vərdişi ilə başlayan bu vəziyyətin yetkinlik dövründə iş həyatına da yansıdığını izah edib.
1994-cü ildən öz dərzi sexini işlədən Kim sifarişləri yerinə yetirmək üçün gecə-gündüz işləməyə başlayıb.
Əvvəlcə yuxusuzluqdan baş gicəllənməsi və diqqətinin dağıldığını, hətta yol qəzaları keçirdiyini etiraf edən Kim zamanla bədəninin bu vəziyyətə alışdığını iddia edib.
Kim səhhətinin normal olduğunu, beyninin ayıq və gözlərinin işıqlı olduğunu əlavə edərək, "Artıq yata bilmirəm və bu, mənə qəribə gəlmir" deyib.
Bu qeyri-adi hekayə sosial mediada böyük marağa səbəb olub. İndi çoxları "heç vaxt yatmayan dərzi" kimi məşhurlaşan Kimi iş başında görmək üçün onun mağazasına axın edib.
Lakin ekspertlər My Kimin iddialarının elmi cəhətdən mümkün olmadığını və insan orqanizminin yuxusuz yaşaya bilməyəcəyini bildiriblər. Onu da qeyd edək ki, My Kimin vəziyyəti ilə bağlı hələlik rəsmi tibbi müayinə olmayıb.
Bu, yuxunun əhəmiyyəti və insan bədəninin hüdudları haqqında yeni mübahisələrə səbəb olsa da, Kimin heç vaxt yatmadığı iddiası hələlik sirr olaraq qalır.
Əfsanə Rəcəb
Demokrat.az