Avqustun 2-si saat 16:30-a olan məlumata əsasən Daşkəsən, Balakən, Qax, Qusar, Ceyrançöl, Zaqatala, Şəki, Qrız, Şahdağda arabir yağış yağıb, şimşək çaxıb. Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Cənub-şərq küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Goranboyda 19 m/s-dək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-də 33, Aran rayonlarında 34, dağlıq rayonlarda 21 dərəcəyədək isti olub.
Bu ərazilərə leysan yağdı — FAKTİKİ HAVA

