Lənkəran Dövlət Dram Teatrına ağır itki üz verib.
Demokrat.az xəbər verir ki, teatrın aparıcı aktyoru, Əməkdar artist Zemfira Nəcəfova dünyasını dəyişib.
Teatrın əməkdaşı Namiq Ağayev məlumatı təsdiqləyib. O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, Zemfira Nəcəfova uzun sürüən xəstəlikdən sonra dünyasını dəyişib:
"Hazırda Zemfira Nəcəfovanın dəfni ilə bağlı hazırlıq işləri görülür. Əməkdar artistin cənazəsi teatrdan götürüləcək".
Qeyd edək ki, Zemfira Nəcəfova 1950-ci ilin 1 aprelində Bakı şəhərində anadan olub.1975-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və həmin ildən Lənkəran Dövlət Dram Teatrın da aktrisa vəzifəsində çalışıb. 30 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Bir çox tamaşalarda oynayan mərhum aktrisa "Günəşim ol" serialında da rol alıb. (Qaynarinfo)