ABŞ Gürcüstandan Qara dənizdə Çinlə birgə liman tikintisinin dayandırılmasını tələb edib. "Report"un xəbərinə görə bunu Senatda ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen deyib: "Gürcüstan hökumətinə aydın olmalıdır ki, geriyə bir yol var: Çinin Anakliyada dərin su limanı tikməsinə mane olmaq. O addımlar bu gün Gürcüstan üçün həqiqətən, vacibdir", - dövlət katibinin köməkçisi bildirib.
Politoloq Tural İsmayılov Demokrat.az-a açıqlamasında deyib ki, ABŞ Gürcüstanın xarici agentlər haqqında qanun layihəsini qəbul etdiyinə görə çox narahat olub:
“Biz görürük ki, ABŞ-nin müxtəlif rəsmi şəxsləri gürcüstanın qəbul etdiyi qərarlara qarışmağa çalışır və Avropa İttifaqı ilbirləşərək müxtəlif təzyiq üsullarından istifadə edirlər. Bunlar klassik Qərb imperializminin digər ölkələrin qərarlarına təsir etdiyini göstərir. gürcüstan bu gün xarici əlaqələr sistemində kimsədən asılı deyil. Ona görə də ABŞ-nin Gürcüstanın Çinlə əlaqələri ilə bağlı fikir bildirməsinin elə də önəmi yoxdur. Gürcüstan Çinlə Anakliya üzərindən qərarlarda razılığa gəlib. Hesab edirəm ki, Çinin Anakliyada gürcüstanla əməkdaşlığı hansısa bir formada ABŞ-nin mövqeyinə zidd deyil. Diplomatik etiket normaları baxımından da bu cür şərh doğru deyil.
ABŞ son dövrlər Gürcüstana qarşı təzyiqi gücləndirib. Ceyms O'Brayenin açıqlamasını Gürcüstanın Çinlə Qara dənizdə liman tikməsinə görə deyil, payızda keçiriləcək seçkilər öncəsi vəziyyəti gərginləşdirmək, maksimum imkanlardan istifadə edərək Gürcüstandakı seçki prosesinə müdaxilə cəhdi kimi də dəyərləndirə bilərik”.
Qeyd edək ki , əvvəllər Amerikanın “Conti International” MMC bu limanın tikintisi üçün 400 milyon dollar cəlb etmək öhdəliyini yerinə yetirə bilmədiyinə görə Gürcüstan hakimiyyəti onun üzvü olduğu konsorsiumla müqaviləni ləğv edib.
Törə Zeynallı
Demokrat.az