Bu giləmeyvəni 7 gün yeyən 10 il cavanlaşır

MARAQLI 29 iyul 2024, 08:48
İnsanın uzunömürlü olması bir çox amildən asılıdır. Ancaq ən vacibi düzgün qidalanmadır. Düzgün qidalanma isə yalnız təzə meyvə və tərəvəzlərə üstünlük verməklə təmin edilə bilər.

Demokrat.az medicina.az-a istinadən xəbər verir ki, alimlər yeni bir araşdırma nəticəsində qara qarağatın bir neçə faydalı xüsusiyyətini aşkarlayıblar.

Bu giləmeyvənin xüsusilə damar sağlamlığına müsbət təsir etdiyi üzə çıxıb.

"Cəmi 7 gün bu giləmeyvədən yedikdən sonra qan dövranı yaxşılaşır və bədən 10 il cavanlaşır", - deyə professor Mark Villems bildirib.

Onun sözlərinə görə, qara qarağat ekstraktının tərkibindəki maddələr qan təzyiqinin artmasına səbəb olan ürək-damar sisteminin patologiyalarından qoruyur.

"Bu giləmeyvə həm də kalium və linolenik turşunun (GLA) əla mənbəyi hesab olunur. Qara qarağat xüsusilə yüksək təzyiqdən əziyyət çəkənlər üçün olduqca vacib qidadır", - deyə mütəxəssis vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top