“Real” 16 yaşlı futbolçu alır

İDMAN 27 iyul 2024, 15:28
"Real" "River Pleyt"in 16 yaşlı yarımmüdafiəçisi Franko Mastantuononu transfer etməyə yaxındır.

Demokrat.az xəbər verir ki, "River Pleyt"in prezidenti futbolçunun transferi ilə bağlı danışıqlar prosesini başa çatdırmaq üçün İspaniyaya gedib. 

Madrid təmsilçisi artıq Mastantuono ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Argentinalı oyunçu 2019-cu ildən "River Pleyt"in akademiyasındadır. O bu ilin əvvəlindən əsas komandada çıxış edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top