Elnur Səmədov erməniyə qalib gəldi

İDMAN 07 sentyabr 2024, 08:40
Çelyabinskdə (Rusiya) baş tutan "RCC Boxing Promotions" turnirində azərbaycanəsilli rusiyalı idmançı Elnur Səmədov və Jora Amazaryan arasında döyüş baş tutub.

Demokrat.az xəbər verir ki, bu barədə "Championat" məlumat yayıb.

Döyüş təsnifat statusuna malik olub, yəni qarşıdurmanın qalibi 59 kq-a qədər çəki dərəcəsində WBA tituluna namizəd olur.

Boksçular 10 raund döyüşüblər. Nəticədə Elnur Səmədov yekdil qərarla qalib gəlib (96:93, 96:93, 95:94).

Xatırladaq ki, Elnurun 31 yaşı var. Onun hesabında 19 qələbəsi var ki, onlardan səkkizi vaxtından əvvəl qazanılıb və bir dəfə məğlub olub. Səmədov peşəkar rinqdə debütünü 19 avqust 2016-cı ildə edib. 2019-cu ildə Elnur "WBA Continental" yüngül çəki dərəcəsində çempion olub. O, "WBC CISBB" versiyasına görə MDB və Slavyan ölkələrinin çempionudur. Səmədov peşəkar boksçular arasında yüngül çəkidə Rusiya çempionudur.

Qeyd edək ki, Elnur Məmməd oğlu Səmədov 1993-cü il avqustun 2-də Azərbaycanın Astara rayonunun Kiçik Şahağacı kəndində anadan olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top