Mahir Emreli “Traktor”a keçir?

İDMAN 27 iyul 2024, 12:46
Təbrizin "Traktor" komandası Azərbaycan millisinin futbolçusu Mahir Emrelini heyətinə cəlb etmək istəyir. 

Demokrat.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İranın "Total Futball" Teleqram kanalı məlumat yayıb. 

Təbriz klubunun 27 yaşlı hücumçu ilə danışıqlar apardığı da vurğulanıb. 

Qeyd edək ki, daha əvvəl Mahir Emrelinin Almaniya təmsilçisi "Nürnberq"ə keçməsi ilə bağlı məlumat yayılmışdı. 

Xatırladaq ki, "Traktor" ötən mövsüm İran Liqasında 54 xalla 4-cü olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top