Futbol əfsanəsi Parisdə QARƏT EDİLDİ

İDMAN 26 iyul 2024, 16:48
Braziliya futbolunun əfsanəsi Ziko Parisdə qarət edilib.

Demokrat.az  "The Sun"a istinadən xəbər verir ki, Ziko Braziliyanın Olimpiya nümayəndə heyətinin üzvü kimi Parisdə olarkən dəyərli əşyaları oğurlanıb.

Bildirilib ki, o, içərisində dəyərli əşyaları olan qutu ilə oteldən çıxıb və taksi ilə yola düşüb. Daha sonra bir nəfər taksi sürücüsünün diqqətini yayındırmaq üçün ona yaxınlaşıb, ikincisi isə dəyərli əşyalar olan qutunu oğurlayaraq qaçıb. 

Zikonun sözlərinə görə qutunun içində “Rolex” və brilyant da daxil olmaqla 420.000 funt sterlinq dəyərində əşya olub.

Qeyd edək ki, Fransa rəsmiləri cinayətkarları tapmaq üçün araşdırmalar aparıldığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top