"Bu, həm də jurnalist peşəkarlığının azalmasına gətirib çıxarır"

MEDİA 26 iyul 2024, 15:03

24media.az-ın növbəti qonağı Azxəbər.com informasiya portalının redaktoru Hacıbəy Heydərlidir. O, 24media.az-ın "süni intellekt və jurnalistika" mövzusunda olan suallarını cavablandırıb.

Jurnalistikada süni intellektdən istifadənin faydaları və çətinlikləri haqqında nə düşünürsünüz? 

– Süni intellektin tətbiqi dünyada ən çox müzakirə edilən mövzular arasındadır. Digər sahələrdə olduğu kimi jurnalistikada da faydalarını görürük. Xüsusən, CHAT GPT proqramının mediaya təsir etdiyinin şahidi oluruq. Jurnalistika yaradıcı sahə olduğu üçün texniki sahələri çıxmaq şərtilə, digər sahələrdə tətbiq olunacağını düşünmürəm.

Əsasən, hansı süni intellekt alətləri və texnologiyalarından istifadə etmisiniz? 

– CHAT GPT proqramından hansısa məlumatı əldə etmək baxımından istifadə edirik. 

Süni intellektin xəbərlərin hazırlanmasındakı rolu ilə bağlı hər hansı etik narahatlığınız varmı? 

– Jurnalistika yaradıcı və praktiki sahə olduğu üçün beyin məhsuludur. Burada insanların öz şəxsi düşüncələri ön plana çıxır. Bu baxımdan süni intellekt tam olaraq xəbərləri hazırlayıb, tərcümə edib, mənbə rolunu oynadığı üçün bu, həm də jurnalist peşəkarlığının azalmasına gətirib çıxarır. 

Növbəti bir neçə il ərzində Azərbaycan jurnalistikasında süni intellektin rolunu necə görürsünüz?

– Dünyada baş verən yeniliklər ölkəmizdə tətbiq olunur. Fikirimcə, süni intellektin yaxın gələcəkdə Azərbaycan mediasını ələ alacağını və tam istifadə ediləcəyini düşünmürəm. Buna həm jurnalistika, həm də cəmiyyət hazır olmalıdır. Süni intellektin mediada ön planda olması baxımından perspektivlik görmürəm.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top