Avropa Xəbər Agentliyi Azərbaycanın turizm potensialdan yazıb

MEDİA 05 sentyabr 2024, 10:23

Niderlandda yaşayan həmyerlimiz, jurnalist, Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı Vüqar Abbasovun sözügedən agentliyin saytında növbəti yazısı yayımlanıb. 

Yazının adı “Bakı – keçmişlə bu günün vəhdəti”dir və Azərbaycanın turizm imkanlarından bəhs olunur.  Azərbaycan haqqında ümumi, turistlər üçün maraqlı və gərəkli olan məlumatlarla başalayan yazıda daha sonra Bakının tarixindən, qədim abidələrindən, görməli yerlərindən, mətbəxindən, insanların qonaqpərvərliyindən və.s. bəhs edilir. Azərbaycanın bölgələrindən də bəhs edən müəllif daha sonra: - “30 illik işğaldan azad olunmuş Şuşa, Kəlbəcər, Laçın, Ağdam,

Zəngilan  (Ermənistanın işğalı altında idi) kimi rayonların da gələcəkdə  Azərbaycanın turizm mərkəzlərinə çevriləcəyinə inamım böyükdür” – deyə vurğulayıb. 

https://www.european-news-agency.de/reise_tourismus/baku_the_unity_of_the_past_and_the_present-89738/?fbclid=IwY2xjawFGKEFleHRuA2FlbQIxMAABHaKKm9TlBMnpYiyAxMhfvE1IIjXY_4gPmVHb9o1vkZt3UhV5gojxRW_WBg_aem_69TWiM4b611sFWVJQ3pRzg

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top