Rezidenturaya əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

MEDİA 05 sentyabr 2024, 14:14
Bu gündən ali təhsil pilləsinin rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin qeydiyyatı başlayır. 

Demokrat.az xəbər verir ki, namizədlər //portal.edu.az/ saytında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. 

Elektron sistem üzrə qeydiyyat sentyabrın 10-u saat 18:00-da başa çatacaq. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top