Küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

SOSİAL 26 iyul 2024, 14:31
İyulun 27-si səhərdən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq arabir 20.8-28.4 m/san təşkil edəcək.

Demokrat.az xəbər verir ki,  bu barədə məlumat Milli Hidrometeorologiya Xidmətindən verilib.

Bildirilib ki, iyulun 27-si səhərdən 29-u gündüzədək bölgələrdə fasilələrlə şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Siyəzən, Naftalan, Göygöl, Ağstafa, Gəncə, Şəmkir, Tovuz, Goranboy, Daşkəsən, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Hacıqabul, Biləsuvar, Cəlilabad, Şahbuz, Naxçıvan, Ordubad, Culfa, Qobustan, Balakən, Qax, Zaqatala, Şabran, Xızı, Şəki, Salyan və Neftçalada arabir 13.9-20.7 m/san təşkil edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top