Ermənistanla münasibətlərin normallaşması üzrə danışıqlar davam edir — Ceyhun Bayramov

XARİCİ SİYASƏT 26 iyul 2024, 13:57
Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üzrə danışıqlar davam edir.

Demokrat.az
xəbər verir ki,  bu barədə xarici işlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Somali həmişə Azərbaycanın haqq mövqeyini dəstəkləyib.

"Bu, həm 44 günlük müharibə zamanı, həm də ondan sonra təzahür edib. Həmkarıma bu dəstəyə görə təşəkkür etmək istərdim. Həmkarımı postmünaqişə dövründəki vəziyyət barədə məlumatlandırdım. İşğaldan azad edilmiş ərazilər, bərpa və tikinti işləri, eləcə də minalarla əlaqəli təhdidlərdən bəhs etdim. Həmçinin ona Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üzrə davam edən danışıqlar barədə məlumat verdim", - o deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top