Politoloq: “Ermənistan demoqrafik böhranla üz-üzədir”

XARİCİ SİYASƏT 04 sentyabr 2024, 17:16
“Qarabağda yaşayan separatçı ermənilər əvvəllər faktiki olaraq müstəqilliyi tanınan bir ölkənin ərazisində yaşamırdılar. Çünki Qarabağ beynəlxalq hüquqla tanınan Azərbaycanın əraziləridir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. 

Politoloq bildirib ki, Azərbaycanın tarixi ərazilərində 30 il müddətində seperatçı qurum fəaliyyət göstərib:

“Biz bunları vətəndaş kimi qəbul etmirdik.  Belə olan təqdirdə də bu şəxslərin heç bir vətəndaşlığı yox idi. Bəziləri Rusiya vətəndaşı sayılırdı, bəziləri həm də Ermənistan vətəndaşı sayılırdı. Amma “Artsax” pasportu deyə bir şey yox idi. Bunu dünyanın heç bir ölkəsi tanımırdı. Ermənistanın Qarabağ ermənilərinə vətəndaşlıq verməsi məsələsinə gəlincə, burada siyasi maraqlar çoxdur. Amma, əsas reallıq ondan ibarətdir ki, Ermənistanın əhalisi artmır. Bu ölkədə ciddi demoqrafik böhran yaşanır. Ölkənin gənc nəsli öz ölkəsindən çox xaricdə yaşamağı üstün tutur. Belə olduqda ölkədə qalan şəxslərin çoxu qoca və orta yaşlı insanlardır ki, bunlarda təbii olaraq artıma meyilli deyillər. Ona görə də Ermənistan əhalisi artan əhali deyil. 

Bütün bunlar onu göstərir ki, Ermənistan demoqrafik böhranla üz-üzədir. Bu gün Ermənistan böhrandan çıxış yolları axtarır. İndiki məqamda çıxış yolu kimi Qarabağdan gələn ermənilərə vətəndaşlıq verilməsi məsələsini nəzərdən keçirirlər”.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top