Avstriya Prezidenti İlham Əliyevə başsağlığı verib

XARİCİ SİYASƏT 14 yanvar 2025, 18:43
Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Prezident İlham Əliyevə başsağlığı verib.

Demokrat.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləricənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin 38 nəfərin həyatına son qoyan faciəvi qəzası ilə bağlı xəbəri böyük kədər hissi ilə öyrəndim. Düşüncələrimiz bu faciəvi qəza qurbanlarının ailələri və yaxınları ilədir.

Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top