MİQ imtahanı verən müəllimlərə şad xəbər: bir sual hamının xeyrinə HESABLANDI

SOSİAL 26 iyul 2024, 12:40

2-10 iyul tarixlərində təşkil olunan müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin apellyasiya müraciətləri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə Demokrat.az-a Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzindən məlumat verilib.

Namizədlər şəxsi səhifələrinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.

Qeyd edilib ki, namizədlərin apellyasiya müraciətlərinə əsasən, suallar ekspertlər tərəfindən yenidən yoxlanılıb.

Nəticədə ibtidai sinif və biologiya fənləri üzrə iştirakçılara təqdim edilmiş test tapşırıqlarının birinin cavab variantları arasında doğru cavabın verilmədiyi aşkarlanıb. Doğru cavab təqdim olunmuş seçimlər arasında olmadığı üçün qeyd edilmiş tapşırıq üzrə nəticələr yenidən hesablanıb.

"Nəzərinizə çatdırırıq ki, sualların bütün namizədlərə düzgün olaraq hesablanması ilə sistemdə olan doğru variantı seçən şəxslərin nəticələri sabit qalıb. Test tapşırıqlarını səhv və ya cavablandırmayan şəxslərin imtahan nəticələri isə onların xeyrinə nəzərə alınmaqla yenidən hesablanıb", - deyə İnsan Resursları Mərkəzindən bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top