Yaylagül Ramazanova "Paris-2024"də ilk çıxış etmiş Azərbaycan təmsilçisi oldu

İDMAN 25 iyul 2024, 17:23
Kamandan oxatma üzrə idmançımız Yaylagül Ramazanova “Paris-2024” Yay Olimpiya Oyunlarında ilk çıxış etmiş Azərbaycan təmsilçisi olub.

Demokrat.az xəbər verir ki, bu gün Parisdə kamandan oxatma üzrə qadınlar arasında keçirilən və 64 dünya idmançısının qoşulduğu yarışda təmsilçimiz Yaylagül Ramazanova 720 mümkün xaldan 647 xal toplayıb.

Bununla da o, qadınlar arasında mövsümdə ən yaxşı nəticə göstərən 8 idmançıdan biri olub.

Yaylagül Ramazanova iyulun 30-da Bakı vaxtı ilə saat 20:24-də baş tutacaq növbəti mərhələdə Çin idmançısı Qiksuan An ilə qarşılaşacaq.

Xatırladaq ki, Y.Ramazanova idman tariximizdə kamandan oxatma idman növündə olimpiadaya lisenziya qazanan ilk azərbaycanlı idmançıdır.



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top