Xəbər verdiyimiz kimi, velosiped yollarında digər hərəkət iştirakçılarının hərəkət etməsinə görə cərimələr müəyyənləşdirilib. Bundan sonra sürücülər 100 manat cərimə ediləcək. Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.
Məsələyə nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında münasibət bildirib.
O, cərimələrin işə yarayacağı fikrindədir:
“Velosiped zolaqlarından istifadə edənlərin rahatlığını təmin etmək üçün bir sıra işlər daha əvvəl də görülmüşdü, lakin effektiv nəticə əldə edilməmişdi. Hazırda paytaxtın bir neçə küçəsində velosiped zolaqları var. Bu zolaqların tutulması, parkinqə çevrilməsi, bağlanması müəyyən problemlər yaradır. Zolaqlar hansı səbəbdən, kimlər tərəfdən tutulur?
Bunu aydınlaşdırmaq və qarşısını almaq lazımdır. Əksər hallarda velosiped zolaqları yaxınlıqdakı idarə, ofis binalarında çalışan işçilər tərəfindən tutulur, öz avtomobillərini zolaqda park edirlər. Bu da velosiped sürənlərin hərəkətinə mane olur.
Düşünürəm ki, cərimələrin tətbiq edilməsi neqativ halların azalmasına kömək edəcək. Bütün hərəkət iştirakçıları bir-birinə hörmət etməli, bir-birinin hərəkətinə mane olan hallara yol verməməlidirlər.
Velosiped nəqliyyatı şəhərimizdə inkişaf etməlidir. Təmiz ekologiya, ətraf mühitin mühafizəsi baxımından velosipeddən istifadə təşviq edilməli və hərəkəti üçün infrastruktur yaxşılaşdırılmalıdır”.
Törə Zeynallı
Demokrat.az