M.Ə.Sabirin heykəli təmizləndi: “Tuncun rəngi açıldı” — AÇIQLAMA (FOTOLAR)

MƏDƏNİYYƏT 23 iyul 2024, 23:15
Bu gün Mirzə Ələkbər Sabirin heykəli qarşısında Mədəniyyət Nazirliyinin heykəllərin cilalanması və bərpası ilə bağlı reallaşdırdığı layihə çərçivəsində tədbir təşkil olunub.Proses Bakı şəhər İcra Hakimiyyəti və Bakı Abadlıq Xidməti tərəfindən aparılıb. Mədəniyyət Nazirliyi tərəfindən işə sənətşünaslıq üzrə fəlsəfə doktoru, heykəltaraş-bərpaçı Fərman Qasımov və heykəltaraş Orxan Nəbizadə cəlb edilib. Aparılan abadlıq işləri çərçivəsində heykəl xüsusi qaydada təmizlənib.  

Proses ilə bağlı Demokrat.az-a açıqlamasında Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova bildirib ki, monumental abidələrin mütəmadi olaq təmizlənməsi və bərpa olunması olduqca vacibdir:

“Böyük şəhərlərdə mütəmadi olaraq heykəltəraşlıq abidələrinin monitorinqi keçirilir. Əgər ehtiyac varsa təmizləyir və ya bərpa edirlər. Bu bütün şəhərlərdə mütəmadi olaraq keçirilir, həmçinin, Bakıda. Son neçə il ərzində Bakıda belə bir proses olmayıb. Açıq havada olan heykəllər adətən aqressiv bir mühitdə olurlar. Onlar kimyəsi və fiziki təsirlərə məruz qalırlar. Bu təsirlərə vandallıq və s. kimi halları misal göstərə bilərik. Biz belə bir hadisə ilə qarşılaşmamışıq. Bütün bunları aparmaq üçün Mədəniyyət Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti birlikdə xüsusi bir komissiya tərtib etdi. Bu komissiya ilkin günlərdə şəhərimizdə binaların fasadları təmizlənərkən, bunun kontekstində heykəllərin ilkin monitorinqi də keçirilib. 

Monitorinqdə müəyyən edilmişdi ki, müəyyən bir heykəllərin ciddi təmizlənməyə və bərpaya ehtiyacı var. Sosial şəbəkələrdə bununla bağlı çox müzakirələr aparılırdı. Əvvəlki mərhələdə ictimaiyyət sosial şəbəkələrdə abidələrin bərbad vəziyyətdə olmasını qeyd edirdilər. Komissiya monitorinq etdikdən sonra biz peşəkar heykəltaraş cəlb etdik. Onlar, sözsüzki, təcrübədən keçirilmiş və yoxlanılmış müəyyən üsullarla işlərini profisional şəkildə görürlər. Qarşısında dayandığımız M.Ə.Sabirin heykəli təmizlənmə prosesindən keçdi. Tuncun rəngi açıldı və bəlli oldu. Bundan başqa şəhərdə bərpaya ehtiyacı olan, ciddi şəkildə zədələnmiş, üzərində daşları itirilmiş, səthi korlanmış abidələr var. Onlara uyğun material abidənin üzərinə yenidən bərkidilir və cilalanma prosesi gedir. Bu da istər qranit, istər mərmər üzərində yumşaq üsul ilə tərtib olunan, bütün dünyada işlənilən metodlardan biridir”. 





Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top