Avropa Şurasının regiondakı fəaliyyətini müzakirə etdilər

XARİCİ SİYASƏT 23 iyul 2024, 16:30
Xarici işlər nazirinin müavini Samir Şərifov Moskvada rusiyalı həmkarı Aleksandr Qruşko ilə məsləhətləşmələr aparıb.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Məlumata görə, tərəflər görüş zamanı Cənubi Qafqazdakı və ətraf bölgələrdəki vəziyyəti müzakirə ediblər.

Bildirilir ki, həmçinin nazir müavinləri Avropa Şurasının regiondakı fəaliyyəti, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıblar. 

Görüşün ənənəvi dostluq və etimad mühitində keçdiyi vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top