“II Şuşa Qlobal Media Forumunu bizim üçün əhəmiyyətli edən məqamlardan biri onun Azərbaycanın işğaldan azad olunmuş və sürətlə bərpa edilən mənəvi paytaxtımız Şuşada keçirilməsidir. Şuşamız Qlobal Media Forumunda dünyaya yeni simada təqdim olunur”.
Bu sözləri Demokrat.az-a açıqlamasında media eksperti Müşfiq Ələsgərli deyib.
O bildirib ki, digər əhəmiyyətli məqam isə tədbirə gələn xarici qonaqların erməni vandaliziminə məruz qalmış ətraf rayonlara aparılması, oradakı bərpa işləri ilə tanış edilməsidir:
"Bununla Azərbaycan torpaqlarını sürətli şəkildə işğaldan azad edə bildiyi kimi, dağıntılara məruz qalan ərazilərini də sürətli şəkildə bərpa edəcək gücdə olduğunu dünyaya göstərmiş olur. Forumun qlobal əhəmiyyəti isə burada peşəkar media problemlərinə toxunulmasıdır. Bu ilin mövzusu beynəlxalq mediada müşahidə edilən dezinformasiya hallarıdır. Hazırda dezinformasiya və onunla mübarizə qlobal trendə çevirilib. Dezinformasiya medianın ən böyük problemlərindəndir. Beynəlxalq media nəzəriyyə mərkəzlərinin apardıqları araşdırma nəticəsində məlum olub ki, hazırda dünyada internet üzərindən yayılan informasiyaların təqribən 60 faizdən çoxu saxta xəbərlərdir. Bu da problemin nə qədər böyük olduğunu göstərir. Məhz buna görə də Şuşa Qlobal Media Forumu kimi tədbirlərin köməkliyi ilə dezinformasiyaya qarşı mübarizə aparılmalı və müəyyən mexanizimlər qurulmalıdır. Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusundakı foruma 50-ə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatılıb.Dünyada Şuşa Qlobal Forumuna marağın artması onu deməyə imkan verir ki, qarşıdakı illərdə də bu forum keçiriləcək və trendə çeviriləcək".
Rüfət Məhərrəmov
Demokrat.az