Azərbaycan klubu məşhur belçikalının qardaşını transfer etdi — FOTO

İDMAN 20 iyul 2024, 15:59

"Şamaxı" futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Demokrat.az klubun Mətbuat Xidmətinin məlumatına istinadən bildirir ki, bölgə təmsilçisi belçikalı hücumçu Conatan Bentekeni heyətinə qatıb.

34 yaşlı forvardla birillik müqavilə imzalanıb.

Qeyd edək ki, Conatan Benteke son olaraq Lüksemburqun "Union Titus Petanj" klubunda çıxış edib. O, Belçika millisi və İngiltərənin "Liverpul" klubunun sabiq hücumçusu Kristian Bentekenin qardaşıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top