2023-cü ildə xəstəliklərdən ölüm sayı hər yüz min nəfərə 592,4 kimi göstərilib.
Bəs hansı xəstəliklərdən daha çox ölüm halı qeydə alınıb? Özümüzü necə qorumalıyıq?
Demokrat.az xəbər verir ki, Bizim Media bu mövzuda Dövlət Statistika Komitəsinə (DSK) müraciət edib.
DSK-dan aldığımız məlumata görə, ötən il əhalinin yüz min nəfərinə nisbətdə aparılan araşdırmada ən çox ölüm halı qeydə alınan qan dövranının sisteminin - ürək damar sistemi xəstəlikləri (326.8) olub. Daha sonra sırası ilə yenitörəmələr - xərçəng (96,7) və digər rubrikalarda təsnif olunmayan klinik və laborator müayinələrlə aşkar edilən simptomlar, əlamətlər və normadan kənaraçıxmalar (34.4) qeyd edilib.
Mövzunun ciddiliyini nəzərə alaraq ekspertə müraciət etdik.
Tibbi ekspert Adil Qeybulla saytımıza açıqlamasında bildirib ki, bu xəstəliklərin artmağının səbəbi yaşadığımız dövrdür.
"Əvvəla qeyd edim ki, istənilən dövrdə canlı orqanizmdə baş verən bütün proseslər, patoloji dəyişikliklər, xəstəliklər və s. situasiyaya uyğun formalaşır. Bugün ürək damar xəstəliklərinin və ya onkoloji xəstəliklərin artma tendensiyası bütün dünyada müşahidə edilir.
Əsasında dayanan faktor isə insanların sayının sürətlə artması, qida çatışmazlığı, keyfiyyətli qidanın azalması, insanların tənbəlləşməsi, texnologiyanın inkişafı ilə hərəkətin azalması, kansoregen maddələrin qidalarda artması, siqaret və alkoqol kimi zərərli vərdişlərdir. Narkotikləri də xüsusilə qeyd etmək lazımdır".
Ekspert əlavə edib ki, qida qəbulundan sonra yaranan disbalans və əraf mühitin təsiri də önəmli faktorlardır:
"Çox yeyib az hərəkətdə olmaq, qəbul edilən kaloridən daha az kalorinin xaric olunması artıq çəkiyə, mübadilə xəstəliklərinə, şəkərli diabetə, ürək damar xəstəliklərinə səbəb olan başlıca amillərdəndir.
Ekoloji faktorlar və insan artımının həddindən artıq çoxalması da qeyd etməliyik. Buna görə də, orqanizm normal fizioloji ömrünü yaşaya bilmir. Koronavirusun sürətlə yayılmasının da səbəbi saydığım məsələlərdir".
A.Qeybulla insanların sağlam yaşamağı barəsində təbliğat vasitələrinin genişləndirilməsinin problemin həlli olduğunu bildirib:
"Tövsiyə edirəm ki, dünyada çox ciddi təbliğat aparılsın, bu məsələlər nizama salınsın. Əks halda əlbəttə statistikanın artımı müşahidə olunacaq və xəstəliklər səbəbindən ölüm halının qeydə alınması çoxalacaq".