Məşhur deputat Cavid Qurbanova görə “vurulub” — ŞOK TƏFƏRRÜAT

DAXİLİ SİYASƏT 19 iyul 2024, 13:51
Hakim Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin adlarını 3 gün əvvəl açıqlasa da, siyahı ətrafında başlayan müzakirələr hələ də davam edir. YAP-ın bir çox məşhur simanı “oyundankənar vəziyyətdə” qoyması səs-küysüz ötüşməyib. 

Demokrat.az xəbər verir ki, hakim partiyanın etimad göstərmədiyi tanınmış fiqurlardan biri də Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədovdur. Əslən Kəlbəcərin məşhur Ağdaban kəndində doğulan, Miskin Abdal nəslinin nümayəndəsi olan, 7 il Kəlbəcər rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışan Məmmədovun adının YAP-ın yekun siyahısında yer almaması çoxsayılı suallar doğurub. Bununla bağlı mətbuatda və sosial şəbəkələrdə müxtəlif mülahizələr dolaşır. 

“Yeni Sabah” məsələnin təfərrüatını öyrənə bilib. Məlum olub ki, Aqil Məmmədovun “vurulmasının” onun siyasi fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Sabiq başçı deputat olduğu 53 ay ərzində siyasi fəallığı ilə seçilib, seçicilərin problemlərinə həssas yanaşıb, hakimiyyətin kursuna sadiq olub. 

YAP rəhbərliyində təmsil olunan şəxslərdən birinin saytımıza verdiyi məlumata görə, Aqil Məmmədov ADDY-nin keçmiş rəisi, hazırda nazir müavini postu tutan həmyerlisi Cavid Qurbanovla şəxsi əlaqələrinə görə "vurulub". 

Mənbə deyib ki, YAP-ın Kəlbəcərdən namizəd göstərməsi formal xarakter daşıyır. Onun sözlərinə görə, 123 saylı Kəlbəcər seçki dairəsindən YAP-ın namizədi Aidə Əhmədova deyil, hazırda hakimiyyətdə yüksək post tutan məmurlardan birinin yaxın qohumu deputat seçiləcək. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top