Bu ölkədə 24 saat ərzində 343 yanğın baş verdi

HADİSƏ 18 iyul 2024, 23:30
Ukraynada son 24 saat ərzində ölkənin 343 müxtəlif bölgəsində yanğın baş verib. 

Demokrat.az
xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat verib. 

Fövqəladə Hallar Xidmətinin verdiyi açıqlamada, “Kölgədə havanın temperaturu 35 dərəcədən yuxarıdır. Yanğın qurumuş ağacların arasından sürətlə yayılır. Komandalar yanğının üzərinə metr-metr su tökür, lakin yanğının yenicə söndürüldüyü yerlərdə belə aşan ağacların kökləri yenidən alışır. Son 24 saat ərzində Ukraynanın ekosistemlərində 343 yanğın baş verib” ifadələri yer alıb.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top