Hücumçunun telefonundan Tramp və Bayden haqqında məlumatlar tapıldı

DÜNYA 18 iyul 2024, 22:48
ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdini həyata keçirən 20 yaşlı Tomas Metyu Kruksa məxsus telefonların tədqiqi davam edir. 

Demokrat.az xəbər verir ki, FTB rəsmiləri hücumçunun telefonunda Tramp və hazırkı prezident Co Bayden haqqında məlumatın tapıldığını açıqlayıb. 

Hücumçunun telefonunda müxtəlif yüksək vəzifəli məmurları, həmçinin Trampın rəsmi tədbir tarixlərini axtardığı bildirilib.

Hücumçunun telefonunda həm Trampa, həm də Baydenə aid məlumatlar var. 

O, telefonundan Tramp və Baydenin, eləcə də digər ictimai xadimlərin şəkillərini axtarmaq üçün istifadə edib.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top