Hemoqlabini yüksək olan insanlar qan verməlidirlər” — Həkim

GÜNDƏM 16 iyul 2024, 18:10
Məhərrəm ayı boyunca respublikada kütləvi şəkildə könüllü qanvermə aksiyaları keçirilir. Xəbər verdiyimiz kimi, qanvermə aksiyaları respublikanın 27 şəhər və rayonu üzrə 35 müxtəlif ünvanda təşkil olunub. Səhər saat 9:00-dan başlayan qanvermə aksiyalarında yüzlərlə insan iştirak edir. 

Qan vermək savab əməl sayılsa da heç də bütün insanların səhhəti qan verməyə imkan vermir. Həkim-terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında qanvermə aksiyalarının əhəmiyyətli olduğunu deyib:

“Qanvermə aksiyalarının təşkil edilməsini dəstəkləyirəm. Bizdə elə xəstələr olur ki, qan analizlərində hemosideroz adlandırılan bir vəziyyətin şahidi oluruq, yəni qanda dəmirin, hemoqlabinin miqdarı artıq olur. Bu xəstələri qan verməyə yönləndiririk. 18-65 yaş arası sağlam isanlar qan verə bilərlər. Hepatit A, C, İİV/QİÇS və siflis testləri pozitiv olanlar, insulin qəbul edən şəkərli diabet xəstələrinin qan verməsinə icazə yoxdur. Qan vermək istəyən insanlar əvvəlcə yoxlanılır. Qan xəstəlikləri, ağır xroniki ürək-damar xəstəlikləri olan insanlar qan verməməlidir. Tədarük olunan qan və ondan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunur”.  

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top