
Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı ölkənin Konstitusiya Məhkəməsinə iddia qaldırıb.
Demokrat.az xəbər verir ki, bu barədə dövlət başçısının parlament katibi Giorgi Msxiladze brifinqdə bildirib.
"Gürcüstan Prezidenti ilk dəfə olaraq Gürcüstanın Konstitusiya Məhkəməsinə iddia ilə müraciət edir. İddia Rusiya qanunu adlanan xarici təsirin şəffaflığı haqqında qanuna aiddir. Sözügedən qanun konstitusiyaya uyğun gəlmir”,- deyə o qeyd edib.
Şahanə
Demokrat.az