Toya getmişdi, faciəvi şəkildə öldü

HADİSƏ 14 iyul 2024, 18:16
Qazax sakini Ağstafa Su anbarında batıb.

Demokrat.az Qafqazinfo.az-a istinadən bildirir ki, rayonun Daş Salahlı kənd sakini, 1996-cı il təvəllüdlü Haqverdiyev Mədət Abdulla oğlu su anbarının Bala Cəfərli kənd ərazisinə düşən hissəsində çimərkən boğulub.

Onun həmin kəndə toy üçün getdiyi bildirilir.

H. Mədətin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb.

Aidiyyəti üzrə təhvil verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top