Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü NATO-nun yekun bəyannaməsi ilə bağlı açıqlama verib.
Demokrat.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Bildirilib ki, Şimali Koreya “Rusiya Ukraynada müharibəni asanlaşdıran və buna görə də uzadan bir aktyor kimi” daxil edildiyi NATO-nun 75-ci Dövlət və Hökumət Başçıları Zirvə Toplantısının yekun bəyannaməsini pisləyib.
Açıqlamada "biz müstəqil suveren dövlətlərin qanuni hüquqlarını pozan qeyri-qanuni sənəd olan bəyannaməni rədd edirik", - ifadəsi işlədilib.
Bəyanatda bəyannamənin “yeni soyuq müharibə və münaqişəyə səbəb olduğu” iddia edilib və “mövcud vəziyyət ABŞ-ın beynəlxalq sülh və sabitliyə meydan oxuyaraq hərbi bloku genişləndirmək cəhdinin qarşısını almaq üçün əks fəaliyyət tələb edir” kimi dəyərləndirilib.
Əfsanə Rəcəb
Demokrat.az