Sumqayıtdakı ağır qəza ilə bağlı RƏSMİ AÇIQLAMA — YENİLƏNİB

GÜNDƏM 12 iyul 2024, 19:22

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri ərazisindən saat 16:48 radələrində yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.

Demokrat.az xəbər verir ki, dərhal çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 12.07.2024-cü il tarixində saat 17:20 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 12 nəfər (7-si kişi cinsli, 5-i qadın cinsi olmaqla) yerləşdirilib.
 
Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

***

Bu gün Sumqayıt şəhərində marşrut avtobusu TIR-la toqquşub, 11 nəfər xəsarət alıb.

TƏBİB-dən Demokrat.az-a verilən məlumata görə, Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 12.07.2024-cü il tarixində saat 17:20 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 11 nəfər (7-si kişi cinsli, 4-ü qadın cinsi olmaqla) yerləşdirilib.

Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top