"Müəssisələrdə qidanın saxlanılmasına diqqət edilməlidir" — AÇIQLAMA

SOSİAL 11 iyul 2024, 12:44
Xəbər verdiyimiz kimi, Sumqayıda yerləşən zavodlardan birində işçilər qidadan zəhərləniblər. İlkin araşdırma zamanı müəssisənin 53 əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi məyyən edilib. 

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanada olan qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. 

Qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov Demokrat.az-a açıqlamasında deyib ki, kütləvi şəkildə qida istehlak olunan müəssisələrdə - bağça, məktəb, universitet, xəstəxana, zavod, fabrik, həbsxana və s. bu kimi yerlərdə qidanın daşınmasına diqqət olunmalıdır:

"Ət, toyuq, balıq və ağartı məhsulları soyuq qida zəncirində daşınmalı və müəssisə tərəfindən də bu cür qəbul edilməlidir. Alınan ərzaqların mənşəyi məlum olmalıdır. Çarpaz çirkənməni nəzərə alaraq ət və toyuq məhsulları soyuduculara yerləşdirilməlidir. 48 saat ərzində istifadə olunacaqsa, +2-4 dərəcə temperaturda saxlanılmalıdır. Əgər daha gecə istifadə olunacaqsa, -18 dərəcə soyuducuda saxlanılmalıdır.

Saxlanılarkən ət və toyuq bir-birinə dəyməməlidir. Məhsulun üzərində etiketi olmalıdır. Məhsul bişirilən və emal edilən otaq sərin temperaturda olmalıdır. Bişmiş məhsulu uzun müddət isti yerdə saxlamaq olmaz, bu, çirklənməyə gətirib çıxarır. Ət 75 dərəcə istilikdə tam bildirilməlidir və tez zamanda paylanmalıdır. Dondurulmuş məhsul açılan kimi istifadə olunmalıdır. Donu açılmış məhsulu təkrar dondurmaq olmaz".

Qeyd edək ki, zəhərlənən şəxslər stasionar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda vəziyyətləri normaldır.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top