İlkin Süleymanovun məhkəməsi oldu — O son söz üçün vaxt istədi

HADİSƏ 10 iyl 2024, 13:08
Bu gün Gəncə Apellyasiya Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi olub.

Demokrat.az APA-ya istinadən məlumat verir ki, Rafiq Cəfərovun sədrliyi ilə keçirilən məhkəmə prosesi iyulun 11-nə təyin edilib.

Prosesin təxirə düşməsinə səbəb İlkin Süleymanovun son sözə görə vaxt istəməsi və vəkillərin 2-nin məhkəmədə iştirak etməməsi olub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyl 2024, 21:15
12 iyl 2024, 20:17
Top