Ağacan Abıyevdən qoca deputatlara: “Gedin nəvələrinizlə oynayın”

GÜNDƏM 09 iyul 2024, 20:46
“Mənim fikrimcə, insan 70-80 yaşı adlayırsa, gedib nəvələri ilə oynamalıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, 86 yaşlı professor Ağacan Abıyev bildirib.

Onun sözlərinə görə, insan qocaldıqca zamanın dəyərini anlayır.

“Zaman hər şeydən dəyərlidir. Bəs nəvələrlə oynamağa nə zaman vaxt ayıracaqsınız? Mən deputatlığa namizəd olmaq istəyən qocalara müraciət edirəm: gedin nəvələrinizlə oynayın, sonra vaxt olmayacaq”.

Qeyd edək ki, bu il sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top