Şimali Kiprin TDT-yə tamhüquqlu üzvlüyünü Azərbaycan da dəstəkləyir — Ərdoğan

XARİCİ SİYASƏT 09 iyul 2024, 14:03
"Şimali Kipr, bizə görə Türk Dövlətləri Təşkilatının (TDT) tamhüquqlu üzvüdür. Bu məsələdə Azərbaycanın münasibəti də bizimlə eynidir".

Demokrat.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib.

O, TDT-nin Şuşada keçirilən iclasında təmsil olunduğunu xatırladıb.

"Növbəti mərhələ Şimali Kipri tamhüquqlu üzv kimi rəsmiləşdirmə yönündə işlərdir. Türk dövlətləri ilə bu məsələ müzakirə olunur. Şimali Kiprin Prezidenti Ersin Tatarın o dövlətlərin rəhbərləri ilə münasibətlərini inkişaf etdiririk", - deyə Türkiyənin dövlət başçısı bildirib.

Qeyd edək ki, R.T.Ərdoğan NATO ölkələrinin dövlət və hökumət başçılarının sammitində iştirak etmək məqsədilə ABŞ-yə gedir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top