Hacıqabul xəstəxanasında şoka düşən qadın həkim səhlənkarlığından ÖLÜB? — Rəsmi AÇIQLAMA

HADİSƏ 09 iyl 2024, 12:48
Xəbər verildiyi kimi Hacıqabul sakini inyeksiyadan şoka düşərək vəfat edib. 

Məlumata görə, Hacıqabul sakini, 1969-cu il təvəllüdlü İlhamə Seyran qızı Rəhimovaya Hacıqabul Rayon Xəstəxanasında antibiotik inyeksiya edilib.

Nəticədə pasiyent anaflaktik şoka düşərək ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Bizim.Media-nın sorğusuna cavab olaraq məlumatı təsdiqləyib:

“08.07.2024-cü il tarixində saat 21:00 radələrində 1969-cu il təvəllüdlü (qadın cinsli) şəxs Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib. 

Xəstə daxil olarkən digər həkiminin yazdığı reseptə uyğun venadaxili inyeksiyanın tətbiq olunmasını xahiş edib. Növbətçi həkim reseptlə tanış olduqdan sonra tibb bacısı tərəfindən sınaq üçün inyeksiya olunub. Xəstədə anafilaktik şok halı baş verib. Dərhal konsilium üçün həkim-anestezioloq-reanimatoloq çağırılıb.

Tibbi protokola uyğun olaraq, şok əleyhinə zəruri yardımlar edilib. Xəstənin halı anidən pisləşdiyi üçün intubasiya etmək mümkün olmayıb. Bundan əlavə, xəstəyə 35 dəqiqə müddətində ürəyin qapalı masajı, oksigen terapiya və digər zəruri yardımlar edilib. Aparılan tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, xəstədə saat 21:57-də ölüm halı qeydə alınıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top