" Namizəd 82-94 manat ödəniş edib imtahana girir, amma ona sual kitabçası verilmir" — ETİRAZ

GÜNDƏM 08 iyul 2024, 12:18
"Dövlət İmtahan Mərkəzi 30 iyun tarixində keçirdiyi imtahanda namizədlərin narazılığı ilə yadda qalmağı bacardı. Son 16 ayın statistikasına əsasən bu imtahan ən çətin imtahan oldu".

Bu fikirləri Demokrat.az-a açıqlamasında dövlət qulluğu üzrə qanunvericilik müəllimi Səxavət Nəsirov deyib. Onun sözlərinə görə, ümumilikdə imtahanda qeydiyyatdan keçən namizədlərin cəmi 16%-i uğurlu nəticə əldə edib:

"İmtahanın bu qədər çətinləşdirilməsində məqsəd nədir? Onsuz da namizədlər müsahibə mərhələsində kifayət qədər haqsızlıq görürlər. Namizəd 82-94 manat ödəniş edib imtahana girir, amma ona sual kitabçası verilmir. Sual bazanız bu qədər məhduddur? Bir imtahanda bu qədər səhv sual olmaz. Deyirsiniz, apellyasiya şikayəti verin, guya şikayətin nəticəsi müsbət olacaq? 

DİM birmənalı etiraf etməlidir ki, səhv edib və həmin səhv suallar hamıda nəzərə alınmalıdır. Namizəd  şikayət verməyə vaxt sərf etməli deyil. Şikayətə baxarkən namizədə nə sual kitabçası verilir, nə də obyektiv yanaşılır. DİM sadəcə bir telefon zəngi ilə problemi namizədin üstünə yükləyərək məsələni öz xeyrinizə həll edir, şikayətə baxmaq belə olmur. Bu qədər səhv qarşısında hansı inzibati praktikaya əsaslanıb sizə etimad göstərək?

Daha əvvəllər də DİM tərəfindən keçirilən imtahanlarda səhv suallar az olmayıb. Görəsən düz sual hazırlamaq bu qədərmi çətindir?!"

Törə Zeynallı 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
06 oktyabr 2024, 09:30
Top