"ICAPP Biznes Şurasının fəaliyyəti olduqca əhəmiyyətli formatdır" — Ruslan Quliyev (FOTOLAR)

SOSİAL 06 iyul 2024, 15:44
5 iyul 2024-cü il tarixdə New Baku Hotel-də Skal İnternational Baku Klubu ilə Founder Club-un birgə təşkilatçılığı ilə hər iki klubun biznes subletləri-üzvləri üçün işgüzar səhər yeməyi (Networking Breakfast ) təşkil olunmuşdur.

Tədbir çərçivəsində “Millennium Turizm, Konqress DMC”-nin direktoru, İCAPP Biznes Şurasının üzvü Ruslan Quliyev şirkətin faəliyyət istiqamətləri haqqında, eləcə də İCAPP Biznes Şurasının yaradılması, Azərbaycanın bu təşkilatda faəliyyəti və gələcək fəaliyyət planı haqqında geniş məlumat vermişdir.

Qeyd edilmişdir ki, ICAPP Biznes Şurasının fəaliyyəti olduqca əhəmiyyətli formatdır. Şura  bütün təmsil olunan dövlətlərin  biznes təmsilçilərinin  səsinə və onların ən yaxın tərəfdaşına çevrilmək, sahibkar-dövlət, sahibkar-işçi münasibətlərinin tənzimlənməsi üçun dialoq qurmaq və ölkələrarası  sahibkarlığın dayanıqlı inkişafına dəstək olmaq missiyasının daşıyıcı olmaq funksiyasını öz üzərinə götürə bilər. Ancaq bu formatın təkmilləşdirilməsi üçün qarşılıqlı səylər artırılmalıdır.  Bu platformada ölkələr qarşılıqlı iş birliyi, investisiyalar və ekspert dəstəyindən yararlanaraq, bütün vektorlar üzrə mükəmməl bir təcrübə ortaya qoya bilər.

Xatırladaq ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) Asiya və Okeaniyada müxtəlif ideologiyalara malik olan siyasi partiyalar arasında mübadilə və əməkdaşlığı təşviq etmək üçün 2000-ci ilin sentyabrında Filippinin paytaxtı Manila şəhərində fəaliyyətə başlamışdır. İCAPP regionda qarşılıqlı anlaşmanı gücləndirməyə və etimadı dərinləşdirməyə çalışır və bu yolda siyasi partiyaların unikal rolu və kanalı vasitəsilə sülh və rifahı təşviq edir. 2021-ci il 3 sentyabr tarixində Zoom vasitəsilə onlayn keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin  36-cı iclasında DK üzvləri mikro, kiçik və orta müəssisələrdə COVID-19-un yaratdığı iqtisadi böhrandan iqtisadi bərpaya keçidə kömək etmək üçün İCAPP-a bağlı orqan kimi İCAPP Biznes Şurasının yaradılması ilə bağlı razılığa gəliblər.

2023-cü ilin 30 aprel yarixində “Millennium Turizm, Konqress DMC”-nin direktoru Ruslan Quliyev İCAPP Biznes Şurasının üzvü seçilmişdir.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top