“Evə qayıtmağa layiq deyilik”

İDMAN 07 iyul 2024, 11:29
“Həm futbolçular, həm də millətimiz üçün kədərlənirəm”.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,  bunu İsveçrə millisinin baş məşqçisi Murat Yakın Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərəyə qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında bildirib.

O, uduzmağa layiq olmadıqlarını söyləyib:

“Ağırdır, çox səylər göstərdik, şanslar yaratdıq. İngiltərə yığmasının çox şansı olmadı. Evə qayıtmağa layiq deyilik, amma həqiqətən fəxr edirəm. İngiltərə də uduzmağa layiq deyildi. Amma kimsə itirməlidir”.

Qeyd edək ki, İsveçrə millisi 1/4 finalda İngiltərəyə penaltilər seriyasında məğlub olaraq Avropa çempionatında mübarizəni dayandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top