Bu pişik 5 baş naziri yola salıb — FOTO

MARAQLI 06 iyul 2024, 19:24
İngiltərədə baş nazirin iqamətgahında siçan ovlamaq üçün işə götürülən Larri adlı pişik vəzifədə olduğu müddətdə beş fərqli baş nazir yola salıb. 

Demokrat.az xəbər verir ki, Larri Londondakı “Battersea Heyvanlar Qoruğu”ndan gətirilib. 

2007-ci ildə anadan olan və yaşının 17-dən yuxarı olduğu güman edilən Larri illərdir iqamətgahda yaşayır. 

Tezliklə, Larrinin iqamətgahda tək qalmayacağı bildirilib. 

Beləki, İngiltərədə keçirilən seçkilər nəticəsində İşçi Partiyasının lideri Keir Starmer böyük qələbə qazanaraq ölkənin növbəti baş naziri seçilib. Starmerin JoJo adlı bir pişiyinin olduğu və onun da iqamətgahda məskunlaşacağı qeyd olunub. 



Əfsanə Rəcəb
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top