Maşın nömrəsini çıxarıb yerinə vatsap nömrəsi taxırlar — Yeni dələduzluq

HADİSƏ 06 iyul 2024, 13:57
Bakıda yeni dələduzluq növü yayılıb. 

Demokrat.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi N.Ağaverdiyev paylaşım edib. 

O bildirib ki, yaşadığı məhəllədə maşınının nömrəsini açaraq üstünə Rusiyaya məxsus vatsap nömrəsi qoyublar.  

Vətəndaş hadisədən sonra sözügedən nömrə ilə əlaqə saxlamayaraq birbaşa hüquq-mühafizə orqanlarına müraciət edib. Daha sonra həmin şəxslər nömrəni gətirərək polisə təhvil veriblər.  

Paylaşıma reaksiya verən digər sosial şəbəkə istifadəçiləri isə qeyd ediblər ki, bu hallara son vaxtlar tez-tez rast gəlinir. Əksər hadisələrdə isə maşın nömrələri tapılmır. Qoyulan vatsap nömrəsi ilə əlaqə saxlanılan zaman qarşı tərəfdəki şəxs pul müqabilində maşın nömrəsinin yerini deyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top