Köpək balıqları istirahət edən 3 nəfərə hücum etdi

DÜNYA 06 iyul 2024, 11:00
ABŞ-ın Texas ştatının Cənubi Padre adasındakı ictimai çimərlik və Florida ştatındakı çimərliklər iyulun 4-də istirahət edənlər üçün dəhşətə çevrilib. 

Demokrat.az xəbər verir ki, Texasda sahilə çıxan köpəkbalıqları bir gündə üç nəfərə hücum edib. Köpək balığının dişlədiyi qadınlardan biri ağır yaralanıb. Qadının baldırının bir hissəsinin qopduğu bildirilib. 

Bundan əvvəl səhər saatlarında bir kişi yaxınları tərəfindən xilas edilib. Kişinin qohumu bildirib ki, qəfildən onun suyun altında sürükləndiyini görüblər və bunun köpək balığı olduğunu anlayanda arxasınca gedib onu dartıb xilas ediblər. 

Mütəxəssislər eyni köpəkbalığının dörd tətilçiyə hücum etdiyini düşünür. Floridada 21 yaşlı gənc suya diz səviyyəsinə qədər girərkən köpək balığının hücumu nəticəsində yaralanıb. 

Köpək balığının ac olduğu üçün sahilə gəldiyi və buna görə də aqressivləşdiyi bildirilib. 

Səlahiyyətlilər çimərliyə gedənlərə "Sahil yaxınlığında böyük sürülər görsəniz, bu, yırtıcıların yaxınlıqda olduğuna işarədir. Bu halda sudan sakitcə çıxmağınız məsləhətdir” deyə xəbərdarlıq ediblər. 

Həmçinin, suya tək girməmək və sahildən uzaqlaşmamaq tövsiyə olunub.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top