Vaqif Əsədovun qardaşı oğlu Avropada fərqləndi – FOTO + VİDEO

SOSİAL 03 oktyabr 2019, 10:45

Fransada Avropa Şurasının 70 illiyi münasibətilə təntənəli mərasim keçirilir.

 

Report-un Fransa bürosu xəbər verir ki, Strasburq Opera Evində baş tutan tədbirdə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Lilian Mori Paskye, Fransa prezidenti Emmanuel Makron və digər rəsmi şəxslər iştirak edirlər.

 

Mərasimdə “Gələcəyin avropalısını necə təsəvvür edirəm“ inşa müsabiqəsinin iştirakçıları da mükafatlandırılıb. Onların arasında azərbaycanlı yeniyetmə Vahid Əsəd də var. O, inşa müsabiqəsinin qalibi seçilib. 

 

V.Əsədə mükafatı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin prezidenti Linos-Alexandr Sisilyano (Linos-Alexandre Sicilianos) təqdim edib. 

 

Qeyd edək ki, Vahid Əsəd Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədovun qardaşı oğludur.

 

Demokrat.az komandası olaraq Vaqif müəllimi təbrik edir, Vahid Əsədə yeni uğurlar arzulayırıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 aprel 2025, 10:23
Top