AVRO-2024: İspaniya Almaniyaya, Portuqaliya Fransaya qarşı

İDMAN 05 iyl 2024, 09:11
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 final oyunlarına start veriləcək.

Günün ilk matçında İspaniya və Almaniya yığmaları üz-üzə gələcək.

Pireneylilər 1/8 finalda Gürcüstanı (4:1), meydan sahibləri isə Danimarkanı (2:0) mübarizədən kənarlaşdırıb.

Erkən final kimi xarakterizə olunan görüş Ştutqart şəhərindəki "MHP Arena"da keçiriləcək.

Növbəti qarşılaşmada isə Portuqaliya və Fransa milliləri güclünü ayırd etməyə çalışacaqlar. Əvvəlki mərhələdə portuqaliyalılar Sloveniyanı (0:0, penaltilər seriyasında 3:0), fransızlar isə Belçikanı (1:0) məğlub ediblər. Bu oyun Hamburqdakı "Folksparkştadion"da baş tutacaq.

Qeyd edək ki,1/4 finalın digər iki görüşü iyulun 6-da baş tutacaq.

AVRO-2024

1/4 final
5 iyul


20:00. İspaniya - Almaniya
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, "MHP Arena".

23:00. Portuqaliya - Fransa
Baş hakim: Maykl Oliver (İngiltərə).
Hamburq, "Folksparkştadion".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyl 2024, 21:24
Top