“Bakıda avtomobillərin çoxalması rifah səviyyəsinin yüksəkliyi ilə bağlıdır”

GÜNDƏM 08 iyl 2024, 00:26
“Bakıda avtomobillərin sayının çox olması rifah səviyyəsinin yüksəkliyi ilə bağlıdır”. 

Bu fikirlər Müsavat TV-nin efirində yayımlanan teledebat zamanı səsləndirilib.

Debatda çıxış edən Azərbaycanın sabiq Baş naziri Pənah Hüseyn və Milli Məclisin deputatı Elman Nəsirov arasında geniş fikir mübadiləsi aparılıb.

Deputat Elman Nəsirov ABŞ əhalisinin rifah səviyyəsi ilə Azərbaycanı müqayisə edərək, ölkəmizdə yoxsulluğun 5 faizə endiyini vurğulayıb.

Daha sonra Elman Nəsirov Pənah Hüseynə sual edib ki, Bakıda avtomobillərin sayının çoxalması nə ilə bağlıdır?

Pənah Hüseyn isə etiraf edib ki, Bakıda tıxacların yaranmasınıb əsas səbəblərindən biri avtomobillərin sayının çoxalmasıdır. 

Elmar Heydərli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top