HƏMAS-ın nazir müavini öldürülüb

DÜNYA 07 iyul 2024, 21:54

Fələstin HƏMAS hərəkatının yüksəkvəzifəli üzvü və Qəzza zolağının əmək nazirinin müavini İhab əl-Hüseyn İsrailin endirdiyi zərbə nəticəsində ölüb.

Demokrat.az-ın verdiyi məlumata görə Əl-Hüseyn İsrail hərbçiləri tərəfindən Qəzza şəhərinin atəşə tutulması zamanı ölüb.

HƏMAS rəsmiləri əl-Hüseynin ölümü ilə bağlı məlumatı təsdiqləyiblər.

İhab əl-Hüseyn Fələstinin "Ar-Rai" xəbər portalının rəhbəri olub və 2020-ci ildən Qəzzada əmək nazirinin müavini vəzifəsində çalışıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top