AMQF İdarə Heyətinin üzvləri PA nümayəndəsi ilə görüşüb — FOTOLAR

GÜNDƏM 04 iyl 2024, 23:17
Bu gün Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvləri ilə görüşüb. PA rəsmisi sıralarında yüzlərlə QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumunun fəaliyyətində bu ilin may ayında keçirilmiş qurultaydan sonra xeyli canlanma yarandığını qeyd edib, Forumun müxtəlif beynəlxalq miqyaslı təşəbbüslərinin maraqla qarşılandığını vurğulayıb.

Demokrat.az xəbər verir ki, AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli İdarə Heyətinin hazırda Forumun Fəaliyyət Planı üzərində işlədiyini, QHT-lərdən daxil olan təkliflərin nəzərə alındığını, qarşıda xeyli yeniliklərin olacağını bildirib.

İdarə Heyətinin üzvləri - Zaur İbrahimli, Pərvanə Vəliyeva, Azər Allahverənov, Xatirə Vəliyeva QHT-lərin üzləşdikləri bir sıra problemlər barədə də məlumat verib, onların aradan qaldırılması üçün konkret təkliflərlə çıxış ediblər.

Görüşdə PA rəsmisi müvafiq qeydlər götürüb.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyl 2024, 12:30
Top