Şəhid ailələri və müharibə veteranları ilə iş adlı layihənin icrasına başlanılıb — FOTOLAR

SOSİAL 01 iyl 2024, 22:31
Məlumat üçün bildiririk ki, "Xüsusi Təyinatlilarin Qaziləri, Şəhid Ailələri və Veteranlari" Ictimai Birliyi Şəhid ailələri və müharibə veteranları ilə iş adlı layihənin icrasına başlayıb. Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Layihə şəhid ailələri və müharibə iştirakçılarının mövcud problemlərinin həlli və daha sonra yarana biləcək problemlərin şəxslərin özü tərəfindən maddi və mənəvi resurslarının düzgün istiqamətləndirilməsi nəticəsində həll oluna bilməsi üçün hüquqi və maarifləndirici tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu tədbirlərdə Müharibə iştirakçıları və şəhid ailələrinin hüquqları, onlar üçün nəzərdə tutulan sosial yardımlar, güzəştlər, digər dövlət xidmətləri, bu xidmətləri həyata keçirən dövlət qurumlarının fəaliyyət istiqamətləri haqqında və xidmətlərə müraciət zamanı vətəndaşlara lazım olacaq sənədlər, müraciət şərtləri və prosesin gedişində yarana biləcək digər məsələlərlə bağlı mütəxəssislər tərəfindən davamlı olaraq məlumatlar veriləcək.

Layihə çərçivəsində 27 iyun tarixində Abşeron rayonunda, 28 iyun tarixində Bakı şəhərində hazırlıq görüşləri keçirilb. Nəzərinizə çatdırırıq ki, layihə 4 ay davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top